İngiltərədə hakimlər haqqında yeni qanun
06.08.2009 - 13:21
İngiltərədə hakimlər haqqında yeni qanun
İngiltərə Futbol Assosiasiyası (FA) hakimlərə təzyiqin qarşısını almaq məqsədilə məşqçilərə, futbolçulara və klub rəsmilərinə oyundan qabaq hakimlər haqqında açıqlama verməyi qadağan edib. Apasport.az saytının məlumatına görə, assosiasiyanın nümayəndəsi bu qərara riayət olunmayacağı təqdirdə, müvafiq ölçü götürüləcəyini bildirib.

“Əgər kimsə matçdan öncə hakim barədə fikrini bildirərsə, bu, qayda pozuntusu kimi qeydə alınacaq və müvafiq tədbirlər görüləcək” - deyə FA rəsmisi vurğulayıb. Eyni zamanda, oyunun gedişatından narazı olan 3 və daha çox futbolçunun hakimə aqressiv münasibət göstərməsi də klubun cəzalanmasına səbəb olacaq.
0