Eto’O getdi, Kasilyasın üzü güldü
06.08.2009 - 13:48
Eto’O getdi, Kasilyasın üzü güldü
“Real”ın qapıçısı İker Kasilyas Samuel Eto’Onun “Barselona”dan ayrılmasına sevinir. Apasport.az saytının məlumatına görə, “kral klubu”nun üzvünü sevindirən əsas məqam odur ki, madridlilər bombardir keyfiyyətlərinə malik kamerunludan yaxa qurtarıblar: “Eto’O bizim komanda üçün çox təhlükəli idi. O, qapımızdan olduqca çox top keçirirdi. Onun “İnter”ə transferinə çox şadam. Əminəm ki, Samuel A seriyasında ən güclü oyunçu olacaq”.

Kasilyas afrikalı hücumçunun əvəzinə “Barselona”ya gəlmiş Zlatan İbrahimoviçin uğurlarını heç də aşağılamaq niyyətində olmadığını da söyləyib: “İbrahimoviç əla futbolçudur, ancaq bir qədər fərqli tərzdə oynayır. Ona qarşı necə çıxış edəcəyimizi zaman göstərəcək”.

Xatırladaq ki, “Barselona” ötən ay 35 milyon avro müqabilində İbrahimoviçi heyətinə qatıb. Üstəlik, kataloniyalılar Samuel Eto’Onu da “İnter”ə bəxşiş ediblər.
0