Luçeskuya maneçilik törədən kim olub?
06.08.2009 - 14:52
Luçeskuya maneçilik törədən kim olub?
“Biz iki qarşılaşmadan ibarət mübarizənin taleyini hələ ev oyununda həll etməli idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Şaxtyor” klubunun baş məşqçisi Mirça Luçesku deyib.

Ukrayna təmsilçisi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Rumıniyanın ortabab komandalarından sayılan “Politexnika” ilə bacarmayıb (2:2; 0:0). Luçesku vurğulayıb ki, rəqibin qapıçısı onlara maneə törədib: “Cavab görüşündə az qol imkanı yaxaladıq. İkinci hissədə rəqibə böyük təzyiq göstərdik. Təəssüf ki, “Politexnika”nın qapıçısı Pantilimondan qol keçirə bilmədik”.

Qeyd edək ki, “Şaxtyor” ötən mövsüm artıq tarixin yaddaşına köçmüş UEFA kubokunu qazanıb.
0