“Qarabağ” dördüncü mərhələdə!!!
06.08.2009 - 20:50
“Qarabağ” dördüncü mərhələdə!!!
Bu gün “Qarabağ” klubu Avropa Liqasında növbəti dəfə sınaqdan keçəcək. Ağdam təmsilçisi bu turnirin üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Finlandiya “Honka”sını qəbul edəcək.

Apasport.az saytı saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək qarşılaşmanın nəticəsini onlayn təqdim edəcək.

Oxucular görüşdə baş verəcək maraqlı hadisələr, vurulacaq qollar, eləcə də baş məşqçilərin oyunsonrası fikirləri ilə saytımız vasitəsilə tanış ola bilərlər.



Avropa Liqası, üçüncü təsnifat mərhələsi, cavab oyunu

20:00 “Qarabağ” (Azərbaycan) - “Honka” (Finlandiya) - 2:1
QOLLAR: Elvin Məmmədov, 32; Rəşad Sadıqov,79 - Sampo Koskinen, 34
İlk oyun - 1:0
Hakimlər: Tomaş Mikulsi, Pyotr Sadçuk, Konrad Sapela, Hubert Siyejeviç (hamısı Polşa)
Hakim-inspektor: Oleq Çikun (Belarus)
UEFA nümayəndəsi: Rudolf Repka (Çexiya)
6 avqust. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

“Qarabağ”: Fərhad Vəliyev, Elnur Allahverdiyev, Maksim Medvedev, Rəşad Sadıqov, Aslan Kərimov, Rəşad Sadiqov, Admir Teli, Elvim Məmmədov, Əfran İsmayılov, Vüqar Nadirov, Vaqif Cavadov.

“Honka”: Yanne Henriksson, Sampo Koskinen, Ville Koskimaa, Rope Heylala, Hermani Vuorinen, Yami Pustinen, Rami Hakanpa, Yussi Vasara, Nikolas Otaru, Coel Perovuo, Rasmus Şüller,


Komandalar meydana çıxırlar. Stadiona 20 mindən çox azarkeş toplaşıb.
1. Oyuna qonaqlar başladı.
2. İlk künc zərbəsini finlər yerinə yetirir. Amma Medvedev topu uzaqlaşdırır.
11. “Honka”nın hesabı açmaq şansı boşa çıxır.
13. Cavadov sol cinahdan qapı qarşısına ötürmə edir. Ancaq top heç kimə dəymədən meydandan çıxır.
18. Qonaqlar daha bir təhlükəli vəziyyət yaradırlar. Qüvvətli zərbə qapının üstündə keçir.
24. “Qarabağ”ın bəxti gətirir. “Honka” yenə hesabı açmağa yaxı olur.
32. QOLLLLL. İlk oyuda olduğu kimi, Elvin Məmmədov yenə qol vurur.
34. “Qarabağ”ın qol sevinci uzun çəkmir. Rəqib müdafiədə yaranan boşluqda istifadə edib hesabı bərabərləşdirir.

İLK YARI BAŞA ÇATIR.

İKİNCİ HİSSƏ BAŞLADI

Bu dəfə oyuna mərkəzdən “Qarabağ” başlayır.
Aslan Kərimovu Namiq Yusifov əvəz edir.
54. Nadirovun zərbəsi qapıya çatmır.
55. “Qarabağ” künc zərbəsi yerinə yetirir. Ancaq fin müdafiəçilər topu qarşısıdan uzaqlaşdırırlar.
59. “Honka”nın kapitanı Məmmədova qarşı kobud oynadığı üçün sarı vərəqə ilə cəzalandırılır.
59. Cavadovun yerinə yetirdiyi cərimə zərbəsi qapının üstündə keçir.
61. “Qarabağ” hesabı artırmağa yaxın olur. Ancaq Vaqifin zərbəsini qapıçı dəf edir.
69. Komandamızın qapısı önündə təhlükəli vəziyyət yaranır. Yaxşı ki rəqib futbolçunun yaxın məsafədən zərbəsi qapının üstündən keçir.
74. Elnur Allahverdiyev sarı vərəqə ilə cəzalandırılır.
77. Maksim Medvedev də sarı vərəqə ilə cəzalandırılır.
79. Rəşad Sadıqovdan növbəti möhtəşəm zərbə: QOL.2:1 Komandamız növbəti mərhələyə bir az da yaxınlaşdı.
87. Vüqar Nadirov meydandan çıxır. Onun əvəzinə Rauf Əliyev çıxır.
89. Daha bir qol vura bilərdik. Cavadov yaxın məsafədən fərqlənə bilmir.
Hakim ikinci hissəyə 4 dəqiqə əlavə edir.

Bu da son. Komandamız dördüncü mərhələyə yüksəlir.
0