Azərbaycanlı futbolçu: Məni Tanyanın yanında olmağa vadar etdilər
06.08.2009 - 16:09
Azərbaycanlı futbolçu: Məni Tanyanın yanında olmağa vadar etdilər
Ukrayna milli komandasının və Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi Aleksandr Əliyev ata olmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, əslən azərbaycanlı futbolçu ölkə Superkuboku uğrunda matçda ciddi zədə alıb. Amma 24 yaşlı soydaşımız başına gələnlərin heç də əbəs olmadığını düşünür.

Zədə məsələsində ən çox qazanan isə Əliyevin həyat yoldaşı olub: “Zədələndiyimə görə boş vaxtım yarandı. Mən də bu müddəti ana olmağa hazırlaşan xanımıma həsr edirəm. Bəlkə də ilahi qüvvələr məni belə vaxtda yoldaşımın yanında olmağa vadar ediblər. İndi Tanya ilə sahil boyu gəzişir, təmiz hava qəbul edirik. Təbii ki, qızımızı da səbirsizliklə gözləyirik”.
0