Feliks Çempionlar Liqasının bombardirləri siyahısında 3-cü yerdədir
06.08.2009 - 16:38
Feliks Çempionlar Liqasının bombardirləri siyahısında 3-cü yerdədir
Çempionlar Liqasının cari mövsümünün bombardirlərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirinin üçüncü təsnifat mərhələsindən sonra məhsuldar oyunçular sırasında “Bakı” klubu da təmsil olunub.

Komandasının keçirdiyi 4 oyunda 3 dəfə fərqlənən Feliks Felipe Almeyda bombardirlər yarışında 3-cü pillədə qərarlaşıb. Braziliyalı hücumçu hərəyə 4 qol vuran iki futbolçudan - Danimarkanın “Kopenhagen” klubunun üzvü Dame Ndoye və Serbiya “Partizan”ının şərəfini qoruyan Kleodan geri qalır.

Üçüncü pillədə isə Feliks də daxil olmaqla, 6 oyunçu var. Onunla yanaşı, Sergey Krivets (BATE, Belarus), Markos Tavares (“Maribor”, Sloveniya), Georgi Xristov (“Levski”, Bolqarıstan), Matçin Jevlyakov və Nenad Mirasavlyeviç (hər ikisi “Apoel”, Kipr) də 3 qol vurub. Amma Feliks, Krivets və Tavares siyahıda daha irəliləyə bilməyəcəklər. Çünki onların komandaları Çempionlar Liqasında mübarizəni erkən dayandırıblar.
0