“Honka” klubunun baş məşqçisi: Yaxşı oynasaq da, uduzduq
06.08.2009 - 22:17
“Honka” klubunun baş məşqçisi: Yaxşı oynasaq da, uduzduq
“Komandam pis oynamadı. Yaxşı oynasaq da, nəticədə uduzduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Finlandiyanı “Honka” klubunun baş məşqçisi Mika Lexkosuoya məxsusdur.

Avroliqanın üçüncü təsnifat mərhələsinin cavab görüşündə “Qarabağ”a uduzan Finlandiya təmsilçisinin çalışdırıcısı oyun sonrası mətbuat konfransında bildirib ki, rəqib komanda yaranan şanslardan daha yaxşı istifadə edib: “Bu da sonda öz sözünü dedi. Biz pis oynamadıq, əksinə düşünürəm ki, ilk görüşlə müqayisədə yaxşı oyun sərgilədik. Amma yaranan şansları boşa verdik. Rəqib isə əlinə düşən imlandan maksimum yararlandı”.
0