Fərhad Vəliyevin rekordu
07.08.2009 - 09:34
Fərhad Vəliyevin rekordu
Ağdamın “Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyev avrokuboklarda yeni rekord müəyyənləşdirib. Apasport.az saytının hesablamalarına görə, 29 yaşlı qapıçı qitə miqyaslı turnirlərdə 304 dəqiqə qol buraxmamaqla, Azərbaycan klublarının 15 illik tarixində ən yaxşı nəticəni göstərib.

Avropa Liqasının ikinci təsnifat mərhələsində Norveçin “Rusenborq” klubuna qarşı hər iki matçda, eləcə də üçüncü təsnifat mərhələsində Finlandiya “Honka”sı ilə ilk qarşılaşmada qapısını toxunulmaz saxlayan Vəliyev ardıcıl 3 oyunda qol buraxmamışdı. Fərhadın seriyası finlərlə cavab görüşündə qırılıb. Bakıdakı matçın 34-cü dəqiqəsində fərqlənən Sampo Koskinen qapıçının rekord seriyasını 304 dəqiqədə dayanmasını rəsmiləşdirib.

Qeyd edək ki, səfərdə rəqibini 1:0 hesabı ilə üstələyən “Qarabağ” cavab oyununda “Honka” üzərində 2:1 hesablı qələbə qazanıb.
0