“Qarabağ” klubunun müdafiəçisi növbəti avrokubok matçını buraxacaq
07.08.2009 - 10:21
“Qarabağ” klubunun müdafiəçisi növbəti avrokubok matçını buraxacaq
Ağdamın “Qarabağ” klubunun müdafiəçisi Elnur Allahverdiyev Avroliqanın 4-cü təsnifat mərhələsi çərçivəsində ilk oyunu buraxacaq. Apasport.az saytının məlumatına görə, 26 yaşlı futbolçu Finlandiyanın “Honka” komandası ilə cavab görüşündə sarı vərəqə alaraq, cəzalı duruma düşüb.

Bu, Elnurun Avroliqada ikinci sarı vərəqəsi olub. O, Norveçin “Rusenborq” klubu ilə səfərdə keçirilən ilk oyunda da xəbərdarlıq almışdı. Hakim “Honka”ya qarşı Bakıda gerçəkləşən matçda “Qarabağ”ın digər müdafiəçiləri Maksim Medvedev və albaniyalı Admir Teli də sarı vərəqə göstərib. Lakin Allahverdiyevdən fərqli, bu, hər iki oyunçuda ilk xəbərdarlıq olub. Buna görə də onların növbəti matçda forma geyinmələrinə problem yaranmayıb.
0