MOİK qələbəni əldən verdi
07.08.2009 - 10:42
MOİK qələbəni əldən verdi
Mərkəzi Ordu İdman Klubu (MOİK) Azərbaycan çempionatına hazırlıq prosesi çərçivəsində növbəti yoxlama matçını keçirib. Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Ramil Əliyevin rəhbərlik etdiyi kollektiv “Şəfa” stadionunda Premyer Liqa təmsilçisi “Turan”la qarşılaşıb.

“Hərbçilər” oyuna fəal başladıqları üçün erkən qol vurmağa nail olublar. Matçın 5-ci dəqiqəsində Timur Dadaşov hesabı açıb. Bundan 10 dəqiqə sonra Dadaşov həm özünün, həm də komandasının ikinci qolunu vurub. Lakin MOİK qələbə hesabını qoruya bilməyib. “Turan” Nadir Nəbiyevin dublu (44-cü və 56-cı dəqiqələrdə) sayəsində məğlubiyyətdən yaxa qurtarıb - 2:2.

Ordu klubu sabah daha bir yoxlama oyununda mübarizə aparacaq. Bu dəfəki rəqib “Qarabağ”ın əvəzedicilərdən ibarət komandasıdır. Görüş saat 17:30-da “Şəfa” stadionunun 4-cü meydançasında başlanacaq.
0