Almaniya yığması Bakıya əsas heyətlə gəlir
07.08.2009 - 10:56
Almaniya yığması Bakıya əsas heyətlə gəlir
Dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, almaniyalıların baş məşqçisi Yoahim Löv avqustun 12-də Bakıda keçiriləcək matça 20 futbolçu çağırıb.

49 yaşlı mütəxəssis əvvəlcədən söz verdiyi kimi, ölkəmizə iki qapıçı gətirəcək. Neçə vaxtdır zədədən əziyyət çəkən Mixael Ballakı da heyətə daxil edən Löv iki gənc futbolçuya da güvənməyi məqsədə uyğun sayıb. Çalışdırıcı Bakıya gətirəcəyi heyətdə Məsut Özillə Sami Xediraya da yer verib.

Qapıçılar: Robert Enke (“Hannover”), Tim Vize (“Verder”)

Müdafiəçilər: Arne Fridrix (“Herta”), Filip Lam (“Bavariya”), Per Mertezaker (“Verder”), Marsel Şafer (“Volfsburq”), Sərdar Taşçı (“Ştutqart”), Heyko Vestermann (“Şalke-04)

Yarımmüdafiəçilər: Mixael Ballak (“Çelsi”, İngiltərə), Kristian Gentner (“Volfsburq”), Tomas Hitslşperger (“Ştuttqart”), Marsell Yansen, Pyotr Troxovski (hər ikisi “Hamburq”), Sami Xedira (“Ştutqart”), Məsut Özil (“Verder”), Bastian Şvaynştayger (“Bavariya”)

Hücumçular: Kakau (“Ştutqart”), Mario Gomes, Miroslav Kloze (hər ikisi “Bavariya”), Lukas Podolski (“Köln”).

Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 21:00-da başlanacaq.
0