“Neftçi” axtardığı qapıçını tapdı - FOTO
07.08.2009 - 11:53
“Neftçi” axtardığı qapıçını tapdı - FOTO
“Neftçi” qapıçı axtarışına son qoyub. Apasport.az saytının məlumatına görə, məşqçilər korpusu baxışda olan Paolas Qribauskasın oyununu bəyənib. Litvalı qolkiper flaqmanın heyətində keçirdiyi Türkiyə təlim-məşq toplanışındakı yoxlama oyunlarında xoş təsir bağışlayaraq, məşqçilərin ümidlərini doğruldub. Bunadək “Vilnüs” (Litva, 2003), “Ekranas” (Litva, 2004-2006) və “Otselul” (Rumıniya, 2007-2009) klublarının qapısını qorumuş Qribauskasla 1 illik müqavilə imzalanacaq. 25 yaşlı qolkiper Litva millisində 4 oyun keçirməyə də imkan tapıb.
0