“Neftçi” Bakıya heç-heçə ilə qayıdır
07.08.2009 - 12:00
“Neftçi” Bakıya heç-heçə ilə qayıdır
Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” sonuncu yoxlama oyununu keçirib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, hava dumanlı olduğundan yerli “Adana Dəmirspor”la oyun gec başlanıb və aramsız yağış altında keçib. Komandalar hərəyə bir qol vurublar – 1:1.

“Neftçi”dən cərimə zərbəsi ilə Adrian Neaqa fərqlənib. “Adana Dəmirspor” fasiləyədək hesabı bərabərləşdirə bilib. İkinci hissədə flaqman daha üstün oyun nümayiş etdirsə də, sonadək hesab dəyişməyib.

Komandamız İzmit şəhərindəki hazırlığı başa vuraraq bu gün gecə saatlarında Bakıya qayıdacaq. Avqustun 8-də istirahət edəcək komandamız ertəsi gündən “Olimpik-Şüvəlan”la oyunun hazırlığına başlayacaq.
0