Azərbaycan prezidenti “Qarabağ” klubunun baş məşqçisini təbrik edib
07.08.2009 - 12:34
Azərbaycan prezidenti “Qarabağ” klubunun baş məşqçisini təbrik edib
Azərbaycan prezidenti İlham Əliyev Ağdamın “Qarabağ” futbol klubunu təbrik edib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, dövlət başçısı komandanın baş məşqçisi Qurban Qurbanovla telefon əlaqəsi saxlayıb. Prezident Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Finlandiyanın “Honka” klubu üzərində qazanılan qələbə və pley-off mərhələsinə vəsiqənin əldə olunması münasibətilə məşqçiyə təbriklərini çatdırıb. İlham Əliyev “Qarabağ”a qarşıdakı oyunlarda da müvəffəqiyyətlər arzulayıb.
0