Yığmamızla oyuna çağırılmadığına görə küsən futbolçu kimdir?
07.08.2009 - 12:42
Yığmamızla oyuna çağırılmadığına görə küsən futbolçu kimdir?
Almaniya milli komandasının yarımmüdafiəçisi Torsten Frinqs baş məşqçi Yoahim Lövdən inciyib. Apasport.az saytının məlumatına görə, buna səbəb onun Azərbaycan yığması ilə avqustun 12-də Bakıda keçiriləcək rəsmi oyuna çağırılmamasıdır.

Veteran futbolçu onu heyətdən kənarda saxladığına görə Lövdən küsüb: “Mən bərk məyus olmuşam. Lövün qərarı mənə qaranlıq qalır”.

Əslində, son vaxtlar Lövlə Frinqs arasında münasibətləri nəzərə alsaq, hadisələrin belə axar alması gözlənilən idi. Məsələ ondadır ki, baş məşqçi ilə 32 yaşlı futbolçu arasında hələ ötən il qalmaqal yaranıb. Frinqs Lövlə münasibətləri korlanan yığmanın kapitanı Mixael Ballakın tərəfini saxlamışdı. O vaxtdan bəri Torstenin üzünə milli komandanın qapıları bağlanıb.
0