Ağasəlim Mircavadov honduraslı hücumçunu bəyəndi
07.08.2009 - 13:01
Ağasəlim Mircavadov honduraslı hücumçunu bəyəndi
Honduras milli komandasının hücumçusu Allan Lalin Azərbaycana gəlir. Apasport.az saytının məlumatına görə, “Xəzər-Lənkəran” Avstriyada təlim-məşq toplanışı keçirən zaman baxışa çağırdığı 28 yaşlı futbolçunu bəyənib.

Rumıniyanın “Universitatya” klubu ilə yoxlama oyununda yaxşı təsir bağışlayan Lalin son görüşdə iştirak etməyib. Belə ki, ayağı burxulan hücumçu Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” komandasına qarşı matçı (2:1) kənardan izləyib. Allanın “Xəzər-Lənkəran”da qalıb-qalmayacağı danışıqlardan sonra bilinəcək.

Baxışda olan digər futbolçu - panamalı hücumçu Edvin Agilar isə baş məşqçi Ağasəlim Mircavadova lazım olmayıb. Mircavadov onu “Əl-Cəzirə” ilə görüşdə yeganə mərkəz hücumçusu kimi oynatdığından, İvan Svetkov son insayd mövqeyində çıxış edib. Bununla belə, bolqar hücumçu hər iki qolu vurmaqla öz sözünü deyib. Agilar isə ilk hissədə qapıçı ilə təkbətək çıxdığı epizodda da fərqlənməyi bacarmayıb.
0