Texaslı biznesmen futbol klubu aldı
07.08.2009 - 13:41
Texaslı biznesmen futbol klubu aldı
Nəhayət, A seriyasında mübarizə aparan “Bari” klubunun satışı gerçəkləşib. Apasport.az saytının məlumatına görə, komandanın yeni prezidenti ABŞ-ın Texas ştatında fəaliyyət göstərən “JMJ Holdings”in sahibi Timoti L.Barton olub. Bu Şirkətlər Qrupu dünyada elit evlərin satışı ilə məşhurdur. Bartonun Matarrazelər ailəsinə məxsus “Bari”ni neçəyə aldığı açıqlanmır. Tərəflər arasında rəsmi müqavilə avqustun 18-də imzalanacaq və “Bari” çempionata yeni rəhbərliklə başlayacaq.
0