Şevçenko: Qayıtmıram, əl çəkin!
07.08.2009 - 13:59
Şevçenko: Qayıtmıram, əl çəkin!
Kiyev “Dinamo”sunun prezidenti İqor Surkis ukraynalı hücumçu Andrey Şevçenkonu komandasına qaytarmaq cəhdlərini davam etdirir. Apasport.az saytının məlumatına görə, Surkis 32 yaşlı veteran futbolçu ilə gələn həftənin əvvəllərində Kiyevin cənubunda yerləşən Konça-Zasp istirahət mərkəzində görüşüb, yenə söhbət eləyəcəyini vurğulayıb.

Hazırda “Çelsi”nin şərəfini qoruyan Şevçenko vətəninə Ukrayna yığmasının Türkiyəyə qarşı keçirəcəyi yoldaşlıq oyununda iştirak etmək üçün gələcək. Həmin yoxlama matçından öncə Surkis həmvətənini bir daha dilə tutaraq, onu “Dinamo”ya qaytarmağa çalışacaq.

Xatırladaq ki, Şevçenko 1994-99-cu illər aralığında Kiyev klubunda 117 oyuna 60 dəfə fərqlənib.
0