Qrupa gedən yolda son sədd
07.08.2009 - 14:23
Qrupa gedən yolda son sədd
Bu gün Çempionlar Liqasının dördüncü təsnifat mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə qrup mərhələsinə 10 vəsiqə uğrunda yarışacaq 20 komandanın rəqibləri məlum olub. Püşkatmadan öncə klublar “qeyri-çempionlar” və “çempionlar”a bölünüblər. Qaydaya əsasən, çempion olmamış komanda digər ölkədə qızıl medallara layiq görülmüş klubla qarşılaşa bilməz.

Üçüncü təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Bakı”nı mübarizədən kənarlaşdıran Bolqarıstan “Levski”si Macarıstan çempionu “Debretsen”lə qarşılaşacaq. Mərhələnin ən maraqlı cütü Britaniya təmsilçilərinin iştirakı ilə keçiriləcək. Son iki ildə “Mançester Yunayted”lə qarşılaşan Şotlandiya “Seltik”i bu dəfə digər ingilis klubu “Arsenal”la münasibətlərini ayırd etməli olacaq.

Qeyri-çempionlar
“Seltik” (Şotlandiya) - “Arsenal” (İngiltərə)
“Lion” (Fransa) - “Anderlext” (Belçika)
“Sportinq” (Portuqaliya) - “Fiorentina” (İtaliya)
“Panatinaikos” (Yunanıstan) - “Atletiko” (İspaniya)
“Ştutqart ” (Almaniya) - “Politexnika” (Timoşoara, Rumıniya)

Çempionlar
“Şerif” (Moldova) - “Olimpiakos” (Yunanıstan)
“Levski” (Bolqartıstan) - “Debretsen” (Macarıstan)
“Kopenhagen” (Danimarka) - “Apoel” (Kipr)
“Zalsburq” (Avstriya) - “Makkabi” (Hayfa, İsrail)
“Venstpils” (Latviya) - “Sürix” (İsveçrə)

Qeyd edək ki, ilk oyunlar avqustun 18-19-da, cavab matçları isə ayın 25-26-da keçiriləcək. Qalib kollektivlər Çempionlar Liqasının qrup mərhələsinə adlayacaq.
0