AFFA-dan azarkeşlərə təşəkkür
07.08.2009 - 14:40
AFFA-dan azarkeşlərə təşəkkür
AFFA rəhbərliyi Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” - “Honka” oyununu stadionda izləyən azarkeşlərdən razı qalıb. Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, qurumun rəhbərliyi ağdamlıların Finlandiya təmsilçisi ilə qarşılaşmasında komandamızı dəstəkləyən azarkeşlərə minnətdarlıq edib. Tamaşaçıların təhlükəsizlik qaydalarına əməl etməsinə görə də AFFA qarşı tərəfə təşəkkürünü çatdırıb.

Qeyd edək ki, klublarımızın avrokuboklar çərçivəsində Bakıdakı oyunları zamanı təhlükəsizliyin yaxşı təmin olunması üçün UEFA-nın tövsiyə və tələblərinə əsasən, “Qarabağ” - “Honka” qarşılaşmasının müəyyən təşkilati işləri AFFA tərəfindən həyata keçirildi. Oyundan bir neçə gün əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov KİV vasitəsilə azarkeşlərə müraciət edərək, onları komandamızı dəstəkləməyə və müvafiq qaydalara riayət etməyə çağırmışdı.
0