Bobbi Robson 1 dəqiqə alqışlanacaq
07.08.2009 - 15:07
İngiltərə Premyer Liqasının avqustun 15-də start götürəcək oyunlarından öncə əfsanəvi futbolçu ser Bobbi Robson xatırlanacaq. Apasport.az saytının məlumatına görə, azarkeşlər onu 1 dəqiqə alqışlamaqla, yad edəcəklər.
“Ser Bobbi Robson öz karyerası zamanı futbola çox yeniliklər gətirib. Onu yada salmaq azarkeşlərə də münasib olacaq” - deyə Premyer Liqanın nümayəndəsi Deyv Riçards bildirib.
Qeyd edək ki, İngiltərə yığmasının keçmiş baş məşqçisi Bobbi Robson ötən həftə 76 yaşında dünyasını dəyişib.

0
0