Sissoko çempionatın startını buraxacaq
07.08.2009 - 15:24
Sissoko çempionatın startını buraxacaq
İtaliyanın “Yuventus” klubunun futbolçusu Məhəmməd Sissoko zədələrdən əziyyət çəkir. Apasport.az saytının məlumatına görə, bu il martın 10-da sol ayağı sınan Mali milli komandasının yarımmüdafiəçisi hələ də tam sağalmayıb.

Sissokonun artıq bu həftə kollektiv məşqlərə qatılacağı gözlənilsə də, bu reallaşmayıb. Ayağındakı ağrıların yenidən baş qaldırması artıq 5 aydır yaşıl meydanlardan kənar qalan Məhəmmədin yenidən müayinə olunmasına zərurət yaradıb. Onun ən yaxşı halda, sentyabrın ortalarında sıraya dönəcəyi gözlənilir.

Futbolçu özü də durumundan çox narahatdır: “Mən futbol oynamaq istəyirəm. Lakin ayağım hələ də ağrıyır və oynamağa imkan vermir”.
0