“Qarabağ”ın rəqibini ölkəmizlə bağlayan məqam
07.08.2009 - 16:18
“Qarabağ”ın rəqibini ölkəmizlə bağlayan məqam
Avropa Liqasının dördüncü təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu ilə qarşılaşacaq Hollandiyanın “Tvente” klubunun Azərbaycan klublarından biri ilə bağlılığı var. Apasport.az saytının məlumatına görə, ötən ilin payızında Bakının “Neftçi” klubu məşqçi axtarışı zamanı “Tvente”nin futbol akademiyasına üz tutmuşdu.

O vaxt flaqmanın baş məşqçi Hans-Yurgen Gede məhz Hollandiya təmsilçisinin uşaq çalışdırıcısı Rob Reekersi ölkəmizə dəvət etmişdi. “Neftçi”yə gələnədək son 4 ili “Tvente”də keçirən mütəxəssis futbolçu karyerasını da bu komandada başlayıb. O, 1982-85-ci illərdə bu komandanın formasını geyinib. Reekers həmçinin, Hollandiya yığmasında 4 matç keçirib.

Qeyd edək ki, Reekers indi “Neftçi”də işləmir. Gedenin istefasından sonra əsas komandadan əvəzedici heyətə göndərilən hollandiyalı bu yay “Neftçi”dən qovulub.
0