Çempionlar Liqası və Qitələrarası Kubokun qalibi “Bazel”də
07.08.2009 - 16:41
Çempionlar Liqası və Qitələrarası Kubokun qalibi “Bazel”də
UEFA Çempionlar Liqasının (ÇL) qalibi, almaniyalı Torsten Fink Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, 42 yaşlı futbol veteranı “Bakı”ya Avroliqada rəqib olan “Bazel” (İsveçrə) yeni baş məşqçisidir.

Vətənində “Bavariya”nın heyətində 1997-2006-cı illərdəki çıxışı ilə tanınan Fink 9 ildə 236 matça 10 qol vurub. Yarımmüdafiəçi mövqeyində oynamış Torsten münhenlilərin heyətində 4 dəfə (1999-cu, 2000-ci, 2001-ci və 2003-cü illərdə) Bundesliqanın qalibi olub, 3 dəfə (1998-ci, 2000-ci və 2003-cü illərdə) ölkə kubokunu qazanıb.

Bundan başqa, Fink 2001-ci ildə həm ÇL, həm də Qitələrarası Kuboku başı üzərinə qaldırıb. O, peşəkar futbolçu karyerasına 2006-cı ildə elə “Bavariya”da bitirərək, məşqçiliyə başlayıb. Avstriyanın “Zalsburq” klubunda öncə Lotar Matteus, daha sonra Covanni Trapattoninin köməkçisi işləyib. Torsten 2007-ci ildə 3-cü liqa təmsilçisi “İnqolstadt-04”ə baş məşqçi təyin edilib və 2 il bu komandanı çalışdırıb. Bu il iyunun 9-da isə “Bazel”in sükanı arxasına keçən Totsten bu postda Kristian Qrossu əvəzləyib.

Qeyd edək ki, “Bakı” Finkin komandası ilə ilk görüşü avqustun 20-də doğma meydanda keçirəcək.
0