Paytaxtımızda daha bir tarixi matç
07.08.2009 - 20:05
Paytaxtımızda daha bir tarixi matç
Avroliqanın 4-cü təsnifat mərhələsi çərçivəsində avqustun 20-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Bakı” - “Bazel” oyunu Azərbaycan futbol tarixinə düşəcək. Apasport.az saytının hesablamalarına görə, bu, İsveçrə klubu ilə avrokuboklarda ilk görüşümüz olacaq.

1994-cü ildən bəri qitə miqyaslı turnirlərdə çıxış edən klublarımız indiyədək bu ölkənin təmsilçisi ilə rəsmi oyunda üz-üzə gəlməyib. Ancaq bununla belə, İsveçrə yığması futbol tariximizə qızıl hərflər düşüb. Axı, milli komandamız ilk rəsmi qələbəsini (1:0) məhz bu ölkənin yığması ilə görüşdə qazanıb. Bu qələbə 1996-cı ildə Bakıda keçirdiyimiz birinci rəsmi matçda gerçəkləşib. Həmin oyunda qələbə topunun müəllifi veteran futbolçu futbolçu Vidadi Rzayev, milli komandamızın baş məşqçisi isə Kazbek Tuayev olub.
0