Qurban Qurbanov sakit olmağa çalışır
08.08.2009 - 09:54
Qurban Qurbanov sakit olmağa çalışır
“Püşkün nəticəsi bizim üçün gözlənilməz olmadı. Çünki bütün rəqibləri ciddi qəbul edirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının dördüncü təsnifat mərhələsində Hollandiyanın vitse-çempionu “Tvente” ilə görüşəcək ağdamlıların gənc çalışdırıcısı püşklə bağlı fikirlərini açıqlayıb. O, klubun rəsmi internet saytına açıqlamasında Qurbanov sakitləşmək haqqında danışıb: “Tvente”nin Hollandiyanı təmsil etməsi məsələnin nə dərəcədə ciddi olduğunu göstərir. Baş məşqçi postunu Stiv Maklarenin tutması komandanın iddiasından xəbər verir. Hər halda, hollandlar daha çox öz mütəxəssislərinə güvənirlər. Bilirəm ki, bizi çətin oyun gözləyir. Oyuna indidən köklənməyə çalışacağıq. Mümkün qədər sakit olmağı bacarmalıyıq”.

Qeyd edək ki, Avropa Liqasının dördüncü təsnifat mərhələsinin oyunları avqustun 20-də və 27-də keçiriləcək.
0