İlk oyunda çempionun qələbəsi
08.08.2009 - 10:01
İlk oyunda çempionun qələbəsi
Almaniya futbol çempionatının yeni mövsümü start götürüb. Apasport.az saytının məlumatına görə, “böyük beşlik” çempionatları arasında ən tez başlanan Bundesliqanın ilk oyununda azarkeşlər ötən mövsüm mükafat qazanmış klubların qarşılaşmasını izləyiblər.

Belə ki, çempion “Volfsburq” bürünc medalçı “Ştutqart”ı sınağa çəkib. Meydan sahibləri rəqiq qapısından iki cavabsız top keçirib. Almaniya çempionatının 2009/10 mövsümündə ilk qolun müəllifi bosniyalı Misimoviç olub. O, 71-ci dəqiqədə “Ştutqart”ı cəzalandırıb. Bundan 11 dəqiqə sonra isə Qrafite görüşdə son nöqtəni qoyub - 2:0.

Bundesliqanın digər matçları bu gün və sabah keçiriləcək.

Xatırladaq ki, avqustun 12-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan milli komandası ilə qarşılaşacaq Almaniya yığmasının heyətində “Ştutqart”ın 4, “Volfsburq”un isə 2 oyunçusu yer alıb.
0