Kapitan: Bakıdakı qarşılaşmada “Bazel”ə “diş”imizi göstərəcəyik
08.08.2009 - 10:27
Kapitan: Bakıdakı qarşılaşmada “Bazel”ə “diş”imizi göstərəcəyik
“Bazel” klubunun səviyyəsi haqda danışmaq artıqdır. Elə bu yaxınlarda isveçrəlilər Çempionlar Liqasının qrup mərhələsində oynayırdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun kapitanı Xalidu Sissoko deyib.

Seneqallı qapıçı Avropa Liqasının dördüncü təsnifat mərhələsində qarşılaşacaqları İsveçrənin “Bazel” klubundan çəkinmir. UEFA-nın rəsmi saytına açıqlamasında Sissoko Bakıdakı ilk matçda sürpriz etmək iqtidarında olduqlarını bildirib: “Avrokuboklarda böyük oyun təcrübəmiz yoxdur. İlk oyunumuzu evdə keçirəcəyik. Əminəm ki, Bakıdakı qarşılaşmada “Bazel”ə “diş”imizi göstərəcəyik. Futbol gözlənilməzliklərlə zəngin oyundur və proqnozları sevmir”.

Qeyd edək ki, “Bakı” İsveçrə təmsilçisini avqustun 20-də qəbul edəcək. Tərəflər arasında cavab görüşü avqustun 27-də Bazel şəhərində baş tutacaq.
0