“Qarabağ”ın oyununa biletlər bahalaşıb
08.08.2009 - 11:03
“Qarabağ”ın oyununa biletlər bahalaşıb
Ağdamın “Qarabağ” klubunun Avropa Liqasının dördüncü təsnifat mərhələsi çərçivəsində keçirəcəyi ilk oyunun biletləri artıq satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, təmsilçimizin “Tvente” ilə avqustun 20-də Hollandiyanın Enshede şəhərində qarşılaşacağı matçı izləmək istəyən azarkeşlər indidən bilet sifariş verə bilərlər.

Oyunun biletlər tribunalardan asılı olaraq, 10-25 avro (təxminən 11-28 manat) arasında satılacaq. Hələlik biletləri yalnız internet vasitəsilə almaq mümkündür.

Avqustun 13-dən etibarən biletlər kassalarda da satışa çıxarılacaq. Lakin kassalarda biletlər 2,5 avro baha, yəni 12,5-27,5 avro arasında olacaq.

Qeyd edək ki, “Qarabağ”ın bundan əvvəlki mərhələlərdə səfərdə keçirdiyi matçların biletləri nisbətən ucuz satılırdı.
0