Miroslav Kloze Azərbaycan milli komandası ilə matçda iştirak edə bilməyəcək?
08.08.2009 - 11:12
Miroslav Kloze Azərbaycan milli komandası ilə matçda iştirak edə bilməyəcək?
Avqustun 12-də də Tofiq Bəhramov adına Respublika stadionunda dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan milli komandası ilə qarşılaşacaq Almaniya yığması liderlərindən birini itirə bilər. Apasport.az saytının məlumatına görə, almanların aparıcı futbolçularından sayılan Miroslav Kloze şərəfini qoruduğu “Bavariya”nın son məşqində zədələnib. 31 yaşlı hücumçu aldığı xəsarət üzündən Bundesliqanın ilk turunda “Hoffenhaym”la görüşü buraxacaq.

Qeyd edək ki, Kloze Almaniya milli komandasında 88 oyuna 44 qol vurmaqla, yığma bombardirləri siyahısında 5-ci pillədə qərarlaşıb. Onun bu ilin sonunadək siyahıda ikinci pilləyə yüksələcəyi gözlənilir. Futbolçu artıq karyeralarını başa vurmuş Rudi Föller və Yurgen Klinsmanndan 3, Karl-Haynts Rummenigedən isə 1 top geri qalır.
0