Rəşad Sadıqov rəhbərlikdən 250 min dollar istəyir
08.08.2009 - 11:59
Rəşad Sadıqov rəhbərlikdən 250 min dollar istəyir
Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadıqovun karyerasını Türkiyənin “Kocaelispor” klubunda davam etdirməsi çətinləşib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçinin İzmit təmsilçisindən tələb etdiyi məbləğ onun komandaya qayıtmasına əngəl yaradıb.

Rəşad ötən mövsümün ikinci dövrəsində şərəfini qoruduğu “Kocaelispor”a dönməsi üçün rəhbərlikdən 250 min dollar istəyib. Klubun Transfer Komitəsinin rəhbəri Adnan Yaman belə yüksək məbləğin keçidin baş tutmasını düyünə saldığını açıqlayıb. Yenidən Superliqaya qayıtmaq iddiasında olan “Kocaelispor” rəsmisi bildirib ki, 250 min dollara görə, transfer çətin alınsın.

Xatırladaq ki, Sadıqov mövsüm başa çatdıqdan sonra “Kocaelispor”un düşərgəsindən ayrılaraq, “Qarabağ”a Avroliqa oyunlarında kömək etməyə razılıq verib.
0