“Tvente” ilə görüşdə də əlimizi yanımıza salmayacağıq”
08.08.2009 - 12:20
“Tvente” ilə görüşdə də əlimizi yanımıza salmayacağıq”
“Bizim dördüncü təsnifat mərhələsinə çıxmağımızın özü də böyük uğurdur. Lakin “Qarabağ”ın “Tvente” qarşısında dayanmaq fikri yoxdur” Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Namiq Yusifov deyib.

Avroliqanın dördüncü təsnifat mərhələsində Hollandiyanın “Tvente” klubu ilə qüvvəsini sınayacaq ağdamlıların yarımmüdafiəçisi püşkatmanın nəticəsindən sonra nikbinliyini itirməyib. UEFA-nın rəsmi saytına açıqlamasında Yusifov rəqibin hansı ölkəni təmsil etməsinin fərqində olmadığını bildirib: “Hələ “Rusenborq”la oyunlardan əvvəl çoxları fiaskoya uğrayacağımızı gözləyirdi. Lakin baş məşqçimiz Qurban Qurbanov bizi rəqibin ad-sanından qorxmamağa səsləyirdi. Elə bu dəfə də əlimizi yanımıza salmayacağıq. Hollandiya təmsilçisi ilə oynamalıyıqsa, bunu da edərik”.

Qeyd edək ki, “Qarabağ”la “Tvente” ilə avqustun 20-də səfərdə qarşılaşacaq. Cavab oyunu avqustun 27-də Bakıda keçiriləcək.
0