“Olimpik-Şüvəlan” Moskvadan gətizdirdiyi futbolçu ilə müqavilə bağladı
08.08.2009 - 13:04
“Olimpik-Şüvəlan” Moskvadan gətizdirdiyi futbolçu ilə müqavilə bağladı
Bakının “Olimpik-Şüvəlan” klubu heyətini gücləndirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Əsgər Abdullayev Gürcüstandakı təlim-məşq toplanışını zamanı sınadığı 3 futbolçunu bəyənib. Bu futbolçularla rəsmi müqavilə imzalanıb.

Hər 3 oyunçu gürcüstanlı olsa da, son vaxtlar vətənlərindən kənarda çıxış ediblər. Müdafiəçi Nuqzar Kvirtiya axırıncı dəfə Rusiya çempionatının ikinci divizionun Mərkəz zonasının təmsilçisi "Znamya Truda" (Moskva) klubunda oynayıb. Digər müdafiəçi Roman Qoqinaşvili isə son mövsümdə Belarus çempionatında forma geyinib. O, Brestin “Dinamo” klubundan transfer olunub. Rusiya çempionatının ikinci divizionunda mübarizə aparan "Zelenoqrad" klubundan dəvət edilən Ramaz Cabnidze isə hücumçudur.
0