Almanlarla oyunun əsas hazırlıq mərhələsi başladı - FOTOSESSİYA
08.08.2009 - 13:41
Almanlarla oyunun əsas hazırlıq mərhələsi başladı - FOTOSESSİYA
Futbol üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Almaniyaya qarşı matçın əsas hazırlıq prosesinə başlayıb. Apasport.az saytının məlumatına görə, Berti Foqts bu gün yetirmələrini növbəti dəfə məşq etdirib. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən məşq mətbuat üçün açıq olub.

Qeyd edək ki, almanlarla matç avqustun 12-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq.
0