“Neftçi” Türkiyədən qayıtdı
08.08.2009 - 14:31
“Neftçi” Türkiyədən qayıtdı
“Neftçi” Türkiyədəki təlim-məşq toplanışını başa vuraraq, dünən gecə saatlarında vətənə dönüb. Apasport.az saytının məlumatına görə, komanda üzvlərinə bu gün istirahət verilib. Futbolçular avqustun 9-da “Olimpik-Şüvəlan”la oyunun hazırlığına başlayacaqlar. Klubun bazasında keçiriləcək məşq saat 19:00-da start götürəcək.
“Neftçi” 18-ci Azərbaycan Premyer Liqasında ilk oyununu avqustun 16-da “Olimpik-Şüvəlan”la səfərdə keçirəcək.
0