“Qarabağ” “Turan”la oynamaq istəmir
08.08.2009 - 23:09
“Qarabağ” “Turan”la oynamaq istəmir
Avroliqada ölkəmizin şərəfini qoruyan “Qarabağ” Premyer Liqanın ilk turunda “Turan”la Tovuzdakı oyuna getmək istəmir. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi “Tvente” (Hollandiya) ilə oyunla əlaqədar I turun səfər qarşılaşmasını əyalətdə yox, öz meydanında keçirmək niyyətindədir. Bu məqsədlə Qurban Qurbanovun komandası Peşəkar Futbol Liqasına müraciət etməyə hazırlaşır. Hətta bu matçın təxirə salınması da istisna edilmir.
Qeyd edək ki, “Qarabağ” avqustun 15-də “Turan”ın, bundan 5 gün sonra isə avroliqa çərçivəsində Hollandiyada “Tvente”nin qonağı olmalıdır.
0