“Espanyol”un kapitanı dünyasını dəyişdi
09.08.2009 - 09:15
“Espanyol”un kapitanı dünyasını dəyişdi
“Espanyol” klubunun futbolçusu Daniel Xarke ürək tutmasından vəfat edib. Lent.az-ın İspaniyada nəşr olunan AS qəzetinə istinadən məlumatına görə, futbolçu telefonla sevdiyi qızla danışdığı zaman ürəyi tutub və huşunu itirib. Həkimlər Xarkeni həyata qaytarmaq üçün əllərindən gələni etsələr də, azruolunan nəticə əldə olunmayıb.

26 yaşlı oyunçunun ürək tutmasının səbəbi bəlli deyil. Şənbə günü o, “Bolonya” ilə matça hazırlıq çərçivəsində məşqdə olub və səhhəti normal imiş.

Komandaya bu yaxınlarda kapitan təyin edilmiş Xarkenin ölümü ilə əlaqədar olaraq, “Espanyol” rəhbərliyi İtaliyada mövsümqabağı toplanışı yarımçıq qoyaraq, Barselonaya qayıtmağa qərar verib.
0