Yenə “Şəfa” stadionu, yenə 2:2
09.08.2009 - 16:52
Yenə “Şəfa” stadionu, yenə 2:2
Mərkəzi Ordu İdman Klubu (MOİK) “Qarabağ”ın əvəzedici heyəti ilə yoxlama matçı keçirib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, “Şəfa” stadionunda gerçəkləşən oyun heç-heçə nəticələnib - 2:2.

Ramil Əliyevin komandasından Fərid Həşimzadə və Elnur Əhmədov fərqlənib. “Hərbçilər”in iki gün öncə eyni stadionda Premyer Liqa təmsilçisi “Turan”la keçirdikləri görüş də 2:2 hesabı ilə başa çatmışdı.

Ordu klubu növbəti mövsümə hazırlıq prosesi çərçivəsində daha bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq.
0