PSV də “Qarabağ”ın rəqibi ilə bacarmadı
10.08.2009 - 09:59
PSV də “Qarabağ”ın rəqibi ilə bacarmadı
Hollandiya çempionatında ikinci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Ağdamın “Qarabağ” klubunun Avropa Liqasının dördüncü təsnifat mərhələsindəki rəqibi “Tvente” turun mərkəzi qarşılaşmasında PSV ilə görüşüb.

Öz meydanında oynayan Enshede təmsilçisi 18-ci dəqiqədə Duqlasın sayəsində hesabı açıb. Cəmi 6 dəqiqə sonra PSV tarazlığı bərpa edib - 1:1. Qarşılaşma elə bu hesabla da başa çatıb.

Bu heç-heçənin ardından “Tvente” 4 xalla 3-cü pillədə qərarlaşıb. Stiv Maklarenin komandası turnir cədvəlində yalnız “Ayaks” və “Utrext”dən geri qalır. Enshedelilər növbəti oyunu avqustun 15-də səfərdə “Den Haaq”a qarşı keçirəcəklər.

Xatırladaq ki, “Tvente” çempionatın ilk turunda səfərdə “Sparta”ya 2:0 hesabı ilə qalib gəlmişdi. Sözügedən klubun “Qarabağ”la görüşləri isə avqustun 20-də və 27-də olacaq.
0