Almaniya yığması Bakıya ciddi itki ilə gələcək
10.08.2009 - 10:07
Almaniya yığması Bakıya ciddi itki ilə gələcək
Avqustun 12-də dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan milli komandası ilə qarşılaşacaq Almaniya yığması ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Yoahim Löv aparıcı futbolçularından biri Lukaş Podolskinin xidmətindən məhrum olub.

24 yaşlı hücumçunun Bakıya gəlməsinə zədə amili imkan vermir. O, şərəfini qoruduğu “Köln” klubunun məşqində sıradan çıxıb. Onun Azərbaycana gətirilməməsinə isə Löv özü qərar verib: “Mən futbolçumun sağlamlığı ilə risk etmək istəmirəm. Zədəli vəziyyətdə meydana çıxdıqda durumu ağırlaşdırmaq ehtimalı çox olur. Bu səbəbdən Podolski Bakıya getməyəcək”.

Podolski cari seçmə mərhələdə Almaniya yığmasının bombardiridir. İstedadlı hücumçu 6 oyunda 4 dəfə fərqlənib.

Qeyd edək ki, “Bavariya”nın üzvü Miroslav Kloze də bir neçə gün öncə məşqdə zədələnib və onun milli komandamızla görüşdə forma geyinəcəyi sual altındadır.
0