“Simurq”un gücü gürcülərə çatır
10.08.2009 - 10:28
“Simurq”un gücü gürcülərə çatır
Zaqatalanın “Simurq” klubu növbəti yoxlama matçında qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqaya hazırlaşan Roman Pokoranın yetirmələri Gürcüstanın güclülər dəstəsində mübarizə aparan "Qaqra" ilə qarşılaşıb.

Təmsilçimiz bu görüşdə böyük hesablı qələbə qazanıb - 4:0. “Simurq”un yayda transfer etdiyi legionerlər Nikolay Petrov-Valev və Andrey Şeryakov hərəyə iki dəfə fərqlənib.

Qeyd edək ki, “Simurq”un Gürcüstanda keçirdiyi təlim-məşq toplanışında hücumçu Elşən Məmmədov zədələnib. “Qaqra” ilə matçda oynamayan futbolçu Premyer Liqanın ilk turunda da forma geyinməyə bilər.
0