Foqts almanlarla oyundan əvvəl nə danışacaq?
10.08.2009 - 10:34
Foqts almanlarla oyundan əvvəl nə danışacaq?
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts mətbuat konfransı keçirəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 63 yaşlı almaniyalı mütəxəssis yığmanın növbəti oyunu ərəfəsində jurnalistlərlə görüşmək qərarına gəlib.

Sabah keçiriləcək mətbuat konfransı saat 10:30-da başlanacaq. Tədbir AFFA-nın inzibati binasında təşkil ediləcək. Mətbuat konfransı avqustun 12-də dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Bakıda Almaniyaya qarşı keçiriləcək matça həsr olunacaq.
0