“Bakı”nın diqqətinə: “Bazel” qalib gələ bilmədi və Aleksandr Frayı itirdi
10.08.2009 - 11:24
“Bakı”nın diqqətinə: “Bazel” qalib gələ bilmədi və Aleksandr Frayı itirdi
“Bakı”nın Avropa Liqasının dördüncü təsnifat mərhələsindəki rəqibi “Bazel” növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Torsten Finkin komandası İsveçrə çempionatında V turunda öz meydanında “Sürix”i qəbul edib.

Məşhur “Sent Yakob Park” stadionunda keçirilən matç 1:1 hesabı ilə nəticələnib. Hər iki qol son dəqiqələrdə vurulub. 87-ci dəqiqədə Fonlanten qonaqları hesabda irəli çıxarıb. Bundan iki dəqiqə sonra Hyugel “Bazel”ə xal gətirən qola imza atıb. Oyun həm də qırmızı vərəqələrlə də yadda qalıb. 27 min azarkeşin izlədiyi görüşdə məşhur hakim Massimo Buzakka futbolçulara iki qırmızı vərəqə göstərib. Əvvəlcə, 53-cü dəqiqədə “Sürix”in üzvü meydan qovulub. 90+2-ci dəqiqədə isə meydan sahiblərindən Aleksandr Fraya qırmızı vərəqə göstərilib.

Qeyd edək ki, İsveçrə çempionatının 5 turundan sonra “Bazel” 8 xalla 10 komanda arasında 4-cü pillədə qərarlaşıb.
0