AFFA Qusarda meydança inşa etdirib
10.08.2009 - 11:51
AFFA Qusarda meydança inşa etdirib
Azərbaycanda daha bir süni örtüklü meydança istifadəyə verilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yeniyetmə və gənclər arasında futbola marağın artırılması, kütləviliyin artırılması məqsədilə ölkəmizin müxtəlif bölgələrində süni örtüklü meydançalar inşa etdirən assosiasiya Qusarda da eyni addımı atıb.

Şövkət Orduxanov adına stadionun ərazisində inşa olunmuş süni örtüklü meydançanın açılış mərasimi keçirilib. Tədbirdə AFFA-nın, Regional Futbol Federasiyaları, Qusar rayon İcra Hakimiyyətinin, eləcə də Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak ediblər. Rəsmi açılış mərasimi başa çatdıqdan sonra 11-12 yaşlı uşaqlardan ibarət “Xaçmaz” və “Şahdağ” komandaları arasında oyun keçirilib.
0