Kloze üçün “yaşıl işıq”
10.08.2009 - 12:19
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası ilə qarşılaşacaq Almaniya yığması Bakıya cəmi bir itki ilə gəlir. Apasport.az saytının məlumatına görə, avqustun 12-də keçiriləcək qarşılaşma ərəfəsində iki hücumçusu zədələnən Bundestim bu oyunçulardan birinin qısa müddətdə sağalacağına ümid edir.
Belə ki, “Bavariya” klubunun məşqində zədələnən və bu səbəbdən Bundesliqanın ilk turunu buraxan Miroslav Klozenin müayinəsi baş məşqçi Yoahim Löv üçün sevindirici olub. Həkimlər Kloze barədə müsbət rəy veriblər. Bu isə Miroslavın yığmamızla görüşədək sıraya qayıtması ehtimalının böyük olduğunu göstərir.
Qeyd edək ki, “Köln”ün hazırlığında xəsarət alan Lukaş Podolski Bakıya gələn heyətdən çıxarılıb.

- İspaniya üçün Avstriya sınağı - Son pley-off cütü rəsmiləşdi
- DÇ-2026: Əlcəzair İsveçrəyə rəqib oldu
- İranın arzuları 90+6-da məhv oldu - Avstriyanın qoluyla mundialla vidalaşdı
- DÇ-də qardaşlardan tarixi ilk - Fərqli millilərdə qol sevinci
- İran gözləmədədir - Taleyi Əlcəzair - Avstriya matçından asılıdır
0
0