Oliver Birhoff: Azərbaycan yığmasına böyük hörmətim olsa da...
10.08.2009 - 12:32
Oliver Birhoff: Azərbaycan yığmasına böyük hörmətim olsa da...
“Kağız üzərində Azərbaycan yığması o qədər də güclü rəqib deyil. Amma bu bizi arxayınlaşdırmamalıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının meneceri Oliver Birhoff deyib.

Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığması ilə görüşəcək Bundestim rəsmisi qarşıdakı görüşlə bağlı fikirlərini açıqlayıb. Alman futbolunun sabiq ulduzu komandasının favorit olduğunu gizlətməyib: “Bakıdakı oyuna ciddi yanaşmalıyıq, matça köklənməliyik. Belə olarsa, qələbə də qazanılacaq. Aydın məsələdir ki, oktyabrın 10-da Rusiya ilə görüşümüz həlledici sayılır. Azərbaycan yığmasına böyük hörmətim olsa da, bu rəqibi hər iki qarşılaşmada məğlub etməyi planlaşdırırıq. Bundan sonra ruslarla oyuna da rahat hazırlaşmaq olar”.

Qeyd edək ki, Azərbaycan və Almaniya yığmaları Bakıdakı oyundan 28 gün sonra - sentyabrın 9-da Hannoverdə üz-üzə gələcək.
0