Yığmamızın futbolçusu Branimir Subaşiçə əsas heyətdə yer yoxdur!
10.08.2009 - 14:19
Yığmamızın futbolçusu Branimir Subaşiçə əsas heyətdə yer yoxdur!
Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiçin çıxış etdiyi Çinin “Çançun Yatay” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçunun komandası ölkə çempionatının XVII turunda “Tszyansu” ilə qarşılaşıb.

“Çançun Yatay” öz meydanında yenə xal itkisi ilə üzləşib - 0:0. Yığmamızın serbiyalı futbolçusu bu dəfə meydana çıxmayıb. Ardıcıl 3-cü heç-heçədən sonra hesabında 26 xal olan “Çançun Yatay” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Branimirin komandası avqustun 22-də “Çendu” klubu ilə münasibətlərə aydınlıq gətirəcək.
0