Onunla sabah görüşmək olar
10.08.2009 - 15:21
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Bakıda jurnalistlərlə görüşəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, dünya çempionatının seçmə mərhələsi çərçivəsində avqustun 12-də Azərbaycan yığması ilə qarşılaşacaq Bundestimin çalışdırıcısı matçdan bir gün əvvəl mətbuat konfransı keçirəcək.
Tədbir avqustun 11-də saat 12:30-da “Hyatt Regency” otelində baş tutacaq.
Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Almaniya - Azərbaycan matçı saat 21:00-da başlanacaq.

- İspaniya üçün Avstriya sınağı - Son pley-off cütü rəsmiləşdi
- DÇ-2026: Əlcəzair İsveçrəyə rəqib oldu
- İranın arzuları 90+6-da məhv oldu - Avstriyanın qoluyla mundialla vidalaşdı
- DÇ-də qardaşlardan tarixi ilk - Fərqli millilərdə qol sevinci
- İran gözləmədədir - Taleyi Əlcəzair - Avstriya matçından asılıdır
0
0