Azərbaycanlı xanım Almaniyada
10.08.2009 - 15:50
Azərbaycanlı xanım Almaniyada
Azərbaycanlı qadın futbolu məşqçisi İradə Quliyeva Almaniyaya yollanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumatına görə, gənc çalışdırıcı Almaniya Futbol İttifaqında təcrübə mübadiləsində olacaq. Quliyeva xarici ölkədə avqustun 16-dək təcrübə toplayacaq.

Qeyd edək ki, sabiq futbolçunun Almaniyaya səfəri AFFA ilə “UK Sport” arasında mövcud əməkdaşlıq çərçivəsində baş tutub.
0