Cəmi 15 dəqiqəlik icazə
10.08.2009 - 17:00
Cəmi 15 dəqiqəlik icazə
Futbol üzrə Almaniya milli komandası Bakıda açıq məşq keçəcək. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, dünya çempionatının seçmə mərhələsi çərçivəsində avqustun 12-də Azərbaycan milli komandası ilə qarşılaşacaq Almaniya yığması sabah məşqə çıxacaq.

Baş məşqçi Yoahim Lövün yetirmələri avqustun 11-də oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda hazırlaşacaq. Saat 19:00-da başlanacaq məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

Qeyd edək ki, avqustun 12-də keçiriləcək matçın start fiti saat 21:00-da çalınacaq.
0